Qoz bədən üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir, lakin bəziləri üçün əks göstərişdir.
E-saglam.az xəbər verir ki, bu barədə "Life.ru"-ya müsahibəsində "ROSBIOTECH" Universitetinin qida sənayesi, mehmanxana biznesi və xidmət kafedrasının dosenti Dmitri Bıstrov danışıb.
O bildirib ki, qoz maddələr mübadiləsini yaxşılaşdıran B vitaminləri ilə zəngindir. O, həmçinin beyin fəaliyyətinə təsir edən çoxlu miqdarda omeqa-3 ehtiva edir. Qoz həm də sağlam qırmızı qan hüceyrələrinin istehsalı üçün lazım olan fol turşusunun mənbəyidir, qan təzyiqini sabitləşdirir və sinir sisteminin normal fəaliyyətinə cavabdehdir.
Qoz qidalandırıcı bir qəlyanaltıdır. Məhsulun 100 qramında 650 kkal var ki, bu da 100 qram şokoladla müqayisə edilə bilər.
Bununla yanaşı, ekspert bəzi qrup insanları qozla ehtiyatlı olmağa çağırıb. Tərkibindəki kalorilərə görə obez xəstələrdə kontrendikedir. Mədə xorası, qastrit, pankreatit və mədə-bağırsaq xəstəlikləri zamanı xüsusilə diqqətli olmalısınız.
Tərcümə etdi: Könül Oruc