
Qoz sağlam yağlar və antioksidantlarla zəngin qidadır. Son illərdə onun faydalarını artırmaq üçün suda islatmaq kimi üsullar gündəmə gəlib.

E-saglam.az xəbər verir ki, bu metod həzmi asanlaşdırır və fitik turşusunu azaldaraq bəzi mineralların sorulmasını yaxşılaşdırır. Eyni zamanda, qozun antioksidant aktivliyi də arta bilər.
Bununla belə, mütəxəssislər qoz suyunun içilməsini məsləhət görmürlər. Çünki fitik turşusu suya keçərək bəzi faydalı maddələrin itirilməsinə səbəb ola bilər. Ona görə də qozu birbaşa yemək daha məqsədəuyğun sayılır.
Qoz beyin, ürək və damar sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir və tip 2 diabetin qarşısını almağa kömək edə bilər. Sonda isə ən faydalı üsul — qozun özünü çiy şəkildə istehlak etməkdir.
Tərcümə: Könül Oruc