Qış mövsümündə artan epidemiya və qriplə mübarizə üçün mütəxəssislər tez-tez C vitamini istehlak etməyi tövsiyə edirlər.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu qidalar çox məşhur olmasa da, portağaldan 10 dəfə çox C vitamini ehtiva edir. Xəstələnməmək üçün bu qidalardan istifadə edin.
Mütəxəssislərin fikrincə, qışda xəstələnməmək üçün C vitaminini bol istehlak etmək lazımdır. C vitamini dedikdə ağıla ilk gələn portağaldır. Portağaldan 10 qat daha çox C vitamini təmin edən digər qidalar da paylaşılıb.
Ananas: Xalq tərəfindən çox istehlak edilməsə də, ananas həm dadına, həm də tərkibindəki C vitamininə görə tövsiyə edilir. Ananasın tərkibində 80 mq C vitamini olduğu halda, tərkibində bromelain fermenti də var. Ananas zülalları həzm etməyə kömək edir və həmçinin həzm sistemini dəstəkləyir. Tərkibindəki yüksək C vitamini ilə immunitet sistemini gücləndirir və həmçinin xəstəliklərlə mübarizə aparır.
Qreypfrut: Qış meyvələri arasında çox məşhur olmasa da, qreypfrutda C vitamini də çoxdur. Sitrus meyvəsi olan qreypfrutda təxminən 40 mq C vitamini var. Tərkibindəki yüksək C vitamini sayəsində xəstəliklərə qarşı qoruma təmin etməklə yanaşı, qış mövsümündə artan epidemik xəstəliklərə qarşı da immunitet təmin edir. Qreypfrutda olan flavonoidlər və likopen kimi güclü antioksidantlar xərçəng hüceyrələrindən, ürək xəstəliklərindən və digər xəstəliklərdən qoruyur. Kalium və liflə də zəngin olan qreypfrut qan təzyiqini tənzimləyir. Kalorisi çox az olduğu üçün çəkiyə nəzarəti təmin edir.
Bolqar bibəri: Bolqar bibərinin tərkibindəki C vitamininin miqdarı növünə görə dəyişə bilər. C vitamini ilə çox zəngin olan bolqar bibərinin rənginin müxtəlif olduğu müşahidə edilib. Yaşıl bibərdə 95 mq C vitamini, qırmızı bolqar bibərində 152 mq C vitamini, sarı bolqar bibərində 341 mq C vitamini var.
Tərcümə: Könül Oruc