Faydalı
Qışda xəstələnmək istəməyənlər
Faydalı

Qışda xəstələnmək istəməyənlər onu almağa qaçırlar

Soyuq havaların gəlişi ilə qrip və soyuqdəymədən qorunmaq istəyənlər bitki həkimlərinə üz tuturlar.

E-saglam.az xəbər verir ki, qış çayının tərkibində cökə, zəncəfil, darçın, adaçayı, biyan kökü və hibiskus kimi bitkilər var. Bu qarışıq sağlamlığı dəstəkləmək üçün geniş istifadə olunur.

Bitki həkimləri qış çaylarının düzgün dozada istifadə edilməsinin vacibliyini vurğulayırlar. 1 xörək qaşığı qarışığı 2-3 stəkan suda qaynadıb, gün ərzində 2-3 stəkan içmək tövsiyə olunur. Həddindən artıq istifadə allergik reaksiyalara səbəb ola bilər.

Qış çaylarının saxlama müddəti 2-3 ildir. Alarkən bitkilərin rəngi, təravəti və keyfiyyətinə diqqət yetirilməli, məhsulun təzəliyi yoxlanılmalıdır. Bu qış sağlam qalmaq üçün mütəmadi olaraq 1 stəkan qış çayı və 1 stəkan cökə içilməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun