Yandex watch
Qırmızı qidaların

Kardioloq Prof. Dr. Fatih Mehmet Uçar bildirir ki, qırmızı rəngli meyvə və tərəvəzlərdə olan likopen adlı antioksidant xərçəng və ürək xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, pomidor, qarpız, xurma, itburnu və qırmızı bibər bu maddə ilə zəngindir. Xüsusilə bişirilmiş və yağla birlikdə qəbul olunan pomidorda likopenin təsiri daha güclü olur.

Likopen hüceyrələri sərbəst radikallardan qoruyaraq xərçəng riskini azaldır, dərini günəşin zərərlərindən qoruyur, iltihabı azaldır, sümükləri möhkəmləndirir və göz sağlamlığını dəstəkləyir. Gündəlik 10 mq likopen qəbul etmək kifayətdir və bu, normal qidalanma ilə asanlıqla mümkündür.

Ancaq bəzi hallarda – məsələn, xərçəng müalicəsi alan və ya ürək-damar problemi olan şəxslərdə – həkim nəzarəti ilə əlavə qəbul tövsiyə oluna bilər. Çünki likopenin həddindən artıq miqdarı yan təsirlərə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az