Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev saxlanılıb.
E-saglam.az xəbər verir ki, bu barədə ölkə Baş Prokurorluğun mətbuat xidməti bildirib.
Qırğızıstan Çin, Rusiya, Azərbaycan, Qazaxıstan və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doza vaksin alınıb.
Həmin vaksinlər üçün ödənilən məbləğ isə ofşor hesaba köçürülüb.
Alımkadır Beyşenaliyev və Səhiyyə Nazirliyin bir qrup əməkdaşının büdcəyə zərər vurduğu müəyyən olunub.