Sümük suyu, həm qida dəyəri, həm də sağlamlığa faydaları ilə "maye qızıl" adlandırılır. Bu ənənəvi qida mənbəyi, xüsusilə qış aylarında və xəstəlik dövrlərində immuniteti gücləndirmək üçün tövsiyə edilir.
E-saglam.az xəbər verir ki, sümük suyu, mal-qara, qoyun, toyuq və ya hinduşka sümüklərinin 12-24 saat ərzində qaynadılması ilə əldə edilir. Bu müddətdə sümüklərdən ayrılan kollagen, zülal və minerallar onu qida deposuna çevirir.
Faydaları
İmmunitet dəstəyi: Maqnezium, kalium və selenyum kimi minerallar immun hüceyrələrin effektiv işləməsini təmin edir.
Dəri sağlamlığı: Kollagen dərinin elastikliyini artırır, qocalma əlamətlərini gecikdirir.
Sümük və oynaq sağlamlığı: Zülal və minerallar sümükləri möhkəmləndirir, oynaq ağrılarını azaldır.
Həzm və toxluq: Sümük suyu həzm sistemini dəstəkləyir və uzun müddət toxluq hissi yaradır, çəki idarəsinə kömək edir.
Enerji və funksionallıq: Amin turşuları bədəni enerji ilə təmin edir və əzələ funksiyalarını yaxşılaşdırır.
Nə üçün istifadə edilməlidir?
Sümük suyu immunitet sistemini dəstəkləmək, virus infeksiyalarından qorunmaq, dəri və oynaq sağlamlığını qorumaq üçün mükəmməl seçimdir. Gündəlik qidalanma rejiminə daxil edilərək ümumi sağlamlığa əhəmiyyətli təsir göstərə bilər.
Tərcümə: Könül Oruc