
Qəzəb uşaqların idarə etməli olduğu ən mürəkkəb duyğulardan biridir. Qəzəbli uşağı sakitləşdirmək bir çox valideynlər üçün çətin ola bilər.

E-saglam.az xəbər verir ki, lakin uşaq və yeniyetmə psixoloqu Cefri Bernşteyn uşağın qəzəbini sakitləşdirməyə kömək edən əsas ifadənin olduğunu təklif edir.
"Valideyn məşqçisi kimi öz təcrübəmdən sizə deyə bilərəm ki, uşağa "Mən görürəm ki, sən indi əsəbisən, mən sənin üçün buradayam” desəniz, çox güman ki, sakitləşəcək. Bu cümlə qəzəbi tamamilə aradan qaldırmaya bilər, lakin qəzəbin dağıdıcı təsirlərini yüngülləşdirə bilər.
Ekspertin fikrincə, ilk baxışdan sadə görünən bu cümlə böyük psixoloji güc daşıyır. Bu cümləni deyən valideyn övladına hisslərini qəbul etdiyini, tək olmadığını və onları mühakimə etmədiyini bildirir.
Uşaq (və ya böyüklər) qəzəbləndikdə, tez-tez səhv başa düşüldüyünü və ya diqqətdən kənarda qaldığını hiss edirlər. “Görürəm əsəbisən” demək, hisslərə hörməti göstərir.
"Sakitləş!" və ya "Həddindən artıq reaksiya verməyi dayandırın!" kimi ifadələr hirs, məsələn, qorxu, kədər və ya məyusluq kimi duyğuların əks olunmasıdır, buna görə də onu yalnız dərindən anlamaqla dayandırmaq olar.
İnsanlar, xüsusən də stresli olduqları zaman idarə olunmağı sevmirlər. Ən qəzəbli anlarında onlara nə etməli olduqlarını söyləmək, insanı tam əksini etməyə təşviq edə bilər. Ancaq sadəcə olaraq varlığınızı və dəstəyinizi təklif etməklə, vəziyyəti güc mübarizəsi deyil, sağlam ünsiyyət fürsətinə çevirə bilərsiniz.
Sehrli cümləni deyəndə səs tonunuz da çox önəmlidir. Bu cümləni məyusluqla deyil, isti tonda söyləməyə diqqət edin.
Kiçik bir uşaqla danışırsınızsa, onun qarşısında diz çökün. Əgər nəzarəti itirən şəxs yeniyetmə və ya böyükdürsə, onlara yer verin.
Dərhal cavab almasanız belə, dediklərinizin onun beyninə yazıldığını unutmayın.
Uşağınızın sakitləşdiyini görsəniz, həll yönümlü söhbətlərə başlayın.
Bernstein vurğulayır ki, bu sehrli cümlə hər yaşda olan insanlar üçün işləyə bilər.
Tərcümə: Könül Oruc