Yandex watch
Qəhvənin bilinməyən faydası məlum oldu:

Son illərdə aparılan tədqiqatlar göstərir ki, gündəlik olaraq orta miqdarda qəhvə içmək yalnız zehni oyatmaqla kifayətlənmir, eyni zamanda qaraciyər sağlamlığına da müsbət təsir edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qara qəhvə qaraciyərdə piylənmənin qarşısını alır və xroniki qaraciyər xəstəliklərinin inkişaf riskini azaldır.

Araşdırmalara əsasən, gündə 2-3 fincan şəkərsiz və südsüz qəhvə içmək qaraciyərdə iltihabı azaldır və qaraciyər hüceyrələrinin bərpasını sürətləndirir. Xüsusilə qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyindən əziyyət çəkən insanlar üçün bu tövsiyə edilir.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, qəhvədən fayda görmək üçün onu əlavə şəkər və ətirli siroplarla birgə deyil, təmiz formada istehlak etmək lazımdır. Həmçinin qəhvə istehlakı gündə 3 fincanı keçməməlidir.

Könül Oruc

E-saglam.az