Yandex watch
Qəhvə yerinə bu içkini için - Həm enerji verir,

Səhər enerjili oyanıb günə təzə başlamaq istəyənlər üçün qəhvə yerinə üstünlük verilə biləcək müxtəlif sağlam bitki çayları var. Qəhvə tərkibindəki kofein sayəsində yuxusuzluqla mübarizədə təsirli ola bilər, lakin acqarına istehlak edildikdə mədə problemləri, turşuluq və həzm problemlərinə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər qəhvəyə alternativ olaraq təbii bitki çaylarını tövsiyə edirlər. Bu çayların həm enerji verici xüsusiyyətləri, həm də sağlamlığa faydaları var.

Yaşıl çay səhərə enerjili başlamaq istəyənlər üçün mükəmməl bir alternativdir. Antioksidantlarla zəngin yaşıl çay, yüngül kofein tərkibi ilə günün ilk saatlarında enerji verir. Həm də maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir.

Zəncəfil çayı enerji verici xüsusiyyətləri ilə də diqqət çəkir - İmmunitet sistemini gücləndirir, həzmi tənzimləyir və təzə zəncəfildən hazırlanmış dəmləməsi sizi gün ərzində enerjili saxlayır. Limon və bal ilə birləşdirildikdə çox dadlı olur.

Başqa bir seçim rooibos çayıdır. Bu kofeinsiz çay həm də rahatlaşdırıcı təsiri ilə tanınır. Antioksidantlarla zəngin olan rooibos bədəni enerji ilə təmin etməklə yanaşı stresin öhdəsindən gəlməyə kömək edə bilər.

Və mate çayı zehni açan və maddələr mübadiləsini sürətləndirən xüsusiyyətləri ilə səhərə enerjili başlamaq istəyənlərin seçim edə biləcəyi bir içkidir.

Tərcümə: Könül Oruc

E-saglam.az