Mütəxəssislər İvan çayının ənənəvi qəhvə və çaya sağlam alternativ ola biləcəyini bildirirlər. Bu içki B və C vitaminləri, dəmir, manqan, mis və liflə zəngindir.
E-saglam.az xəbər verir ki, diyetoloqların sözlərinə görə, 100 qram təzə İvan çayı yarpağında təxminən 200-400 mq askorbin turşusu var - bu göstərici qara qarağat və itburnu ilə müqayisə edilə bilər.
Fermentləşdirilmiş və fermentləşdirilməmiş İvan çayı arasındakı fərq emal dərəcəsidir. Fermentasiya zamanı yarpaqlar əzilir və oksidləşmə prosesi başlayır - bu da içkiyə daha zəngin və dərin dad verir.
Düzgün dəmləmə üçün mütəxəssislər 0,5 litr isti suya 2 çay qaşığı quru qarışıq istifadə etməyi tövsiyə edir. Vitaminləri qorumaq üçün suyun temperaturu 60 dərəcədən yüksək olmamalıdır. İçki 10-15 dəqiqə dəmlənməlidir. Hazır İvan çayı fermentasiya dərəcəsindən asılı olaraq açıq kəhrəbadan tünd qəhvəyi rəngə qədər ola bilər.
Tərcümə: Könül Oruc