Faydalı
Qədimlər bu meyvənin qədrini çox gözəl bilirdi:
Faydalı

Qədimlər bu meyvənin qədrini çox gözəl bilirdi: Təkcə ölümü sağaltmır

E-saglam.az xəbər verir ki, təzə halda, mürəbbə və ya marmelad şəklində istehlak edilə bilər. Yetkinləşdikcə dərisi asanlıqla soyulur və yumşaq quruluğa malik olur.

Çaytikanının sağlamlığa müsbət təsirləri nələrdir?

Yaraların sağalmasını sürətləndirir

Tərkibindəki flavonoidlər və A vitamini sayəsində iydə yaraların tez sağalmasına kömək edir. Kollagen istehsalını artıraraq sağalma prosesini sürətləndirir.

İmmunitet sistemini gücləndirir

Yüksək C vitamini tərkibi ilə immuniteti möhkəmləndirir, orqanizmi infeksiyalara qarşı daha davamlı edir.

Təbii əzələləri rahatlaşdırır

Çaytikanındakı ekstraktlar əzələləri boşaldaraq ağrıları azalda, bağırsaq sancılarını yüngülləşdirə bilər.

Dəri sağlamlığını qoruyur

Antioksidantlarla zəngin olan çaytikanı dəri hüceyrələrini sərbəst radikallardan qoruyur, qocalma əlamətlərini azaldır, dərinin nəm balansını saxlayır.

Qəbizliyin qarşısını alır

Yüksək lif tərkibi sayəsində həzmi tənzimləyir, qəbizlik kimi problemlərin qarşısını alır.

Qan şəkərini tənzimləyir

Çaytikanı qan şəkərini tarazlayaraq diabet riskini azalda bilər.

Çaytikanı toxumunun faydaları nələrdir?

Çaytikanı toxumu tozu antioksidant və antimikrobiyal təsirə malikdir. Həzm sistemini dəstəkləyir, ödemi azaldır və ürək-damar sağlamlığını qorumağa kömək edir. Eyni zamanda qan təzyiqini və xolesterini aşağı sala bilər.

Mənfi təsirləri varmı?

Həddindən artıq istifadə həzm pozğunluqları – qarın ağrısı, şişkinlik və ishala səbəb ola bilər.

Təbii şəkər miqdarı yüksək olduğundan qan şəkərinə təsir edə bilər.

Yüksək kalium tərkibi aşağı təzyiq problemi olan insanlar üçün risk yarada bilər.

Hamiləlik və laktasiya dövründə diqqətlə istifadə olunmalıdır.

Böyrək problemi olanlar çaytikanını ehtiyatla istehlak etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun