Tibbi xəbərlər
Qəbələdə toy sahibləri cərimələndi - Foto
Tibbi xəbərlər
147

Qəbələdə toy sahibləri cərimələndi - Foto

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

E-saglam.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayonun Bum qəsəbəsində Azad Qəribova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və onlardan otuzunun COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aparılan yoxlamalar zamanı Yenikənd kəndində də Arzu Soltanova məxsus ünvanda təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib. Belə ki, mərasimdə 180 qonağın iştirak etdiyi və onlardan iyirmi səkkizinin COVID-19 pasportu olmadığı aşkar edilib.

Qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunub və hər biri 300 manat məbləğində cərimələnib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun