Şüyüd toxumunun həzm sisteminə 9 əsas faydası...
E-saglam.az xəbər verir ki, şüyüd toxumları əsrlərdir həzm problemlərinin müalicəsində istifadə edilən təbii vasitədir. Kiçik olmasına baxmayaraq, şüyüd toxumları mədə narahatlığını aradan qaldıran bir çox faydalı maddə ilə zəngindir.
1. Həzmə kömək edir
Şüyüddəki efir yağları və lif həzm fermentlərinin istehsalını artıraraq mədənin yeməkləri daha yaxşı həzm etməsinə kömək edir.
2. Şişkinliyi və qazı azaldır
Antiinflamatuar xüsusiyyətləri şişkinlik və qazın qarşısını alır, mədə rahatlığını təmin edir.
3. Təbii sidikqovucudur
Bədəndə artıq su və duzun xaric olmasına kömək edərək həzmi tənzimləyir.
4. Bağırsaq hərəkətlərini tənzimləyir
Lif tərkibi qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını dəstəkləyir.
5. Mədə kramplarını azaldır
Rahatlaşdırıcı xüsusiyyətləri mədə spazmalarını sakitləşdirir.
6. Şüyüd suyu ilə həzmə dəstək
Bir çay qaşığı şüyüd toxumunu 10-15 dəqiqə dəmləyib içmək, xüsusilə yeməkdən sonra şişkinlik və həzmsizlik problemlərini azaldır.
7. Təbii şüyüd çayı
Yatmazdan əvvəl bir fincan şüyüd çayı içmək həm həzmə kömək edir, həm də rahat yuxu gətirir.
8. Bal ilə kombinasiyası
Əzilmiş şüyüd toxumlarını bal ilə qarışdıraraq qəbul etmək mədə üçün rahatlaşdırıcı və antibakterial təsir göstərir.
9. Təhlükəsiz və normada istifadə
Həddindən artıq şüyüd istehlakı mədə yanmasına səbəb ola bilər. Hamilə qadınlar isə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Şüyüd toxumları təbii bir həzm vasitəsi olaraq həm sağlamdır, həm də istifadəsi asandır. Yeməkdən sonra bir stəkan şüyüd suyu və ya çayı sizin üçün əvəzolunmaz rahatlıq mənbəyi ola bilər.
Tərcümə: Könül Oruc