Tibbi xəbərlər
Qaxda iki ailə göbələkdən zəhərlənib
Tibbi xəbərlər
152

Qaxda iki ailə göbələkdən zəhərlənib

Qax rayonunda iki ailənin altı üzvü göbələkdən zəhərlənib.

E-saglam.az-ın məlumatına görə, rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri - Məlik Şıxamirov, onun həyat yoldaşı Pəri Şıxamirova, gəlini İlhamə Şıxamirova və onun yetkinlik yaşına çatmayan qızı zəhərlənib. 

Eyni zamanda, Qax şəhər sakinləri - Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da zəhərlənib. 

Hər iki ailənin üzvləri Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Ailə üzvlərinin göbələk yedikdən sonra zəhərləndiyi ehtimal edilir.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, Qax rayonunda iki ailənin ümumilikdə altı üzvü zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

“İlkin müayinənin nəticəsinə əsasən onların göbələkdən zəhərləndiyi ehtimal olunur. Həmin şəxslər ərizələrində də meşə sahəsindən yığdıqları göbələyi yedikdən sonra vəziyyətlərinin pisləşdiyini bildiriblər. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Qax Rayon Polis Şöbəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndəriləcək”.

Mənbə: Oxu.Az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun