Faydalı
Qastroenteroloq izah etdi: Qaraciyəri qoruyan
Faydalı
422

Qastroenteroloq izah etdi: Qaraciyəri qoruyan 5 mühüm tərəvəz

Qaraciyərin sağlamlığını qorumaq üçün düzgün qidalanma vacibdir.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Dr. Cozef Salhab bu orqanın funksiyasını dəstəkləyən 5 faydalı tərəvəzi açıqlayıb. Elmi araşdırmalara əsaslanan bu siyahı qaraciyər xəstəliklərinin qarşısının alınmasına da kömək edə bilər.

1. Çuğundur

Çuğundur qaraciyər fermentlərini azaldaraq, qaraciyərin yükünü yüngülləşdirir. 2023-cü il araşdırmalarına görə, çuğundur suyu qaraciyər fermentləri olan ALT və AST-ni əhəmiyyətli dərəcədə aşağı salır. Bu da yağlı qaraciyər xəstəliyinin riskini azaldır.

2. Brokoli

Xaç ağacı tərəvəzlərindən olan brokoli, qaraciyərin təmizlənməsində mühüm rol oynayan detoks fermentlərinin aktivliyini artırır. Bu səbəbdən qaraciyər dostu pəhrizlərin əvəzsiz hissəsi hesab olunur.

3. Soğan

Antioksidant olan quercetinlə zəngin soğan, oksidləşdirici stressi azaldaraq qaraciyəri qoruyur. 2020-ci il araşdırmaları göstərir ki, soğan istehlakı ALT səviyyəsini azaldır, qaraciyərin funksiyasını yaxşılaşdırır.

4. İspanaq

Yarpaqlı göyərtilər, xüsusən də ispanaq, qaraciyər xərçəngi riskini azaltmaqda təsirlidir. 2019-cu ildə aparılan meta-analiz nəticəsinə əsasən, ispanaq istehlakı qaraciyər xərçəngi riskini 39 faiz azaldır.

5. Kələm

 

Kələm qaraciyərin detoks proseslərini dəstəkləyir. 2007-ci il araşdırması göstərib ki, kələm kimi çarmıxlı tərəvəzlər qaraciyərdə II faza detoks fermentlərinin aktivliyini artırır və orqanizmi toksinlərdən təmizləməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun