Qastroenteroloq Edgmar Parra bildirib ki, qaraciyər problemlərindən bir neçə əlamətlə şübhələnmək olar.
E-saglam.az xəbər verir ki, Parranın sözlərinə görə, yaxşı bir gecə yuxusundan sonra belə getməyən yorğunluq qaraciyərin toksinləri lazımi şəkildə təmizləmədiyinə işarə ola bilər. Daimi şişkinlik də orqanla bağlı problemləri göstərə bilər.
Bundan əlavə, həkimin sözlərinə görə, gözlərin və dərinin saralması da qaraciyər problemlərindən xəbər verir. Bunun səbəbi qanda bilirubinin səviyyəsinin artmasıdır, çünki bədəndən xaric olunmur.
Mütəxəssis sonda bildirdi ki, nəcisin solğun olması və sidiyin tünd olması da narahatlıq doğurmalıdır. Bunlar safra istehsalının və ifrazının pozulmasını göstərir, buna görə də bu simptomlar görünsə, müayinə üçün xəstəxanaya getməlisiniz.
Tərcümə: Könül Oruc