Yandex watch
Qara zirə yağı ilə bağlı elmi müjdə:

Necmettin Erbakan Universiteti Tibb Fakültəsində 6 illik elmi araşdırma nəticəsində qara zirənin tərkibindəki əsas maddə — timokinon xərçəng hüceyrələrinə qarşı effektiv təsiri ilə diqqət çəkib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, araşdırma göstərib ki, bu təbii komponent, həm kimyaterapiya, həm də radioterapiya ilə birlikdə istifadə edildikdə xərçəng hüceyrələrinin məhv olunma nisbətini əhəmiyyətli dərəcədə artırır.

Tədqiqat çərçivəsində ağciyər xərçəngi hüceyrələri üzərində aparılan sınaqlarda timokinonun təkbaşına belə apoptoz (yəni proqramlaşdırılmış hüceyrə ölümü) yaratdığı, mövcud müalicələrlə birlikdə isə bu təsirin daha da gücləndiyi elmi olaraq sübut olunub. Bu nəticələr Radiation Biology jurnalında Q1 kateqoriyasında dərc edilərək beynəlxalq səviyyədə də elmi nüfuz qazanıb.

Araşdırmanın rəhbəri Prof. Dr. Mehmet Gürbilek bildirib ki, bu nailiyyət timokinonun gələcəkdə dərman formasına salınaraq klinik praktikada istifadəsinə yol aça bilər. O, həmçinin bu nəticəni Türkiyədə dərman və aromatik bitkilər sahəsində aparılmış ən əhatəli elmi işlərdən biri kimi dəyərləndirib.

Qara zirənin İslam mədəniyyətində “ölümdən başqa hər dərdin dərmanı” kimi tanınması, artıq müasir elmlə də öz təsdiqini tapmağa başlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az