Faydalı
Qapıya bibəriyyə asın, bu problemdən
Faydalı
83

Qapıya bibəriyyə asın, bu problemdən ömürlük qurtulun

Əsrlər boyu müalicəvi və qoruyucu xüsusiyyətləri ilə tanınan bibəriyyə (rozmarin) bu gün yenidən gündəmdədir. Bir çox insan evinə müsbət enerji cəlb etmək və mənfi təsirlərdən qorunmaq üçün bu qədim üsula üz tutur.

E-saglam.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, evin giriş qapısına iki qol bibəriyyə asmaq mənfi enerjiləri uzaqlaşdırır və ailəyə uğur gətirir. Bu ənənə qədim Roma dövrünə qədər uzanır. Romalılar dini mərasimlərdə bibəriyyə yandırır, evlərini isə onunla bəzəyirdilər.

Bibəriyyə həm də xoş qoxusu ilə tanınır. Evin içində təbii bir ətir yaradır, əhval-ruhiyyəni yaxşılaşdırır və sakitləşdirici təsir göstərir. Aromaterapiyada tez-tez istifadə olunan bu bitki, zehni aydınlıq və enerji balansı üçün də faydalı hesab olunur.

Bugünkü istifadəçilər bibəriyyəni təkcə qədim inanclar üçün deyil, həm də gündəlik həyatda sakitlik və ruhsal rahatlıq yaratmaq üçün seçirlər. Qapınızda asılmış iki qol bibəriyyə həm estetik, həm də simvolik gücə sahibdir – evinizə təbiətin müsbət enerjisini gətirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun