Yandex watch
Qan təzyiqini endirir, qarın piylərini azaldır, xərçəngdən qoruyur -

Avokado vitaminlər, minerallar və lif baxımından son dərəcə zəngindir. C, E, K və B6 vitaminləri, folat, niasin, pantotenik turşu, maqnezium və kalium avokadoda boldur. Tərkibində lutein və beta-karoten kimi antioksidant piqmentlər də var. Avokadolar təxminən 70% mono doymamış, "yaxşı" yağlardır və orta avokado təxminən 10 qram lif təmin edir. Bu zəngin məzmunu ilə “superfood” kimi tanınır və mətbəxdə hər şirin və duzlu reseptə daxil edilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssis Dietoloq Didem Yıldız Küçük avokadonun elmi araşdırmalarla dəstəklənən 10 faydasını açıqlayıb.

Xolesterolu azaldır

Avokado tərkibindəki fitosterollar sayəsində bağırsaqda xolesterolun udulmasını azaldır. Araşdırmalar gündə 100 qram avokadonun pis xolesterolu (LDL) azaltdığını və yaxşı xolesterolu (HDL) artırdığını göstərir.

Qan təzyiqini tənzimləyir

Kalium baxımından zəngin olan avokado qan təzyiqini aşağı salmağa kömək edir. Orta ölçülü avokado gündəlik kalium ehtiyacının 20%-ni qarşılayır.

Arıqlamağa yardım edir

Mono doymamış yağ turşuları toxluq hissini artıraraq artıq qida qəbulunun qarşısını alır. Avokadodakı beta-sitosterol qarın piylərinin azalmasına kömək edir.

Göz sağlamlığına faydası

Lutein və beta-karoten kimi antioksidantlar sayəsində göz sağlamlığını qoruyur. Yağ tərkibli olduğu üçün beta-karotenin orqanizmdə sorulmasını artırır.

Sümük sıxlığını artırır

K vitamini, maqnezium və kalium baxımından zəngin olan avokado sümüklərdə kalsiumun saxlanmasına və osteoporozun qarşısının alınmasına kömək edir.

Şəkər səviyyəsini sabit saxlayır

Lif və sağlam yağlar qan şəkərinin birdən-birə yüksəlməsinin qarşısını alır, karbohidratların sorulmasını ləngidir və 2-ci tip diabet riskini azaldır.

Hamiləlikdə əhəmiyyətlidir

Fol turşusu ilə zəngin olan avokado körpənin sinir sisteminin inkişafını dəstəkləyir, doğuş qüsurlarının və aşağı düşmə riskinin azalmasına kömək edir.

Depressiya riskini azaldır

Folat beyində serotonin və dopamin istehsalını artıraraq depressiya və kognitiv problemlərin qarşısını alır.

Xərçəngdən qoruyur

Antioksidantları sayəsində bəzi xərçəng hüceyrələrinin inkişafını ləngidə bilər. Fol turşusu kolon, mədə və uşaqlıq boynu xərçəngi riskini azaldır.

Həzm sistemini dəstəkləyir

Yüksək lif tərkibi bağırsaq hərəkətlərini tənzimləyir, faydalı bakteriyaları qidalandıraraq həzm sağlamlığını gücləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az