
Duzun məhdudlaşdırılması və müntəzəm olaraq kalium olan qidaların istehlakı yüksək təzyiqə kömək edir.

E-saglam.az xəbər verir ki, Vaterloo Universitetinin ( Kanada ) Biologiya və Tibb üzrə Riyazi Tədqiqatlar Departamentinin rəhbəri, professor Anita Leito “Science Daily” nəşrinə hipertoniyaya nəzarətin bu üsulu haqqında danışıb.
Professor qeyd edib ki, təzyiqi yüksək olan insanlara adətən az duz yemək məsləhət görülür. Lakin onun hesablamaları göstərdi ki, duz qəbulunu azaltmaqla yanaşı, pəhrizə kalium əlavə etməklə qan təzyiqini daha effektiv idarə etmək olar. Leito banan və brokolini bu mikroelementin yaxşı mənbələri adlandırdı.
Hesablamalar üzərində də çalışan tədqiqatçı Melissa Stadt, meyvə və tərəvəzlərin faydalı təsirlərinin təkamüllə izah oluna biləcəyini irəli sürdü. Onun fikrincə, insanlar əsrlər boyu çoxlu bitki mənşəli qidalar qəbul edirlər ki, bu da orqanizmin yalnız pəhrizdə tərəvəz və meyvələr olduqda yaxşı işləməsi mexanizmini yaradıb.
Tərcümə: Könül Oruc