E-saglam.az kişmişin əsas faydalarını təqdim edir:
Kişmiş liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırır, qəbizliyin qarşısını alır və bağırsaq fəaliyyətini tənzimləyir.
Kalium və antioksidantlar sayəsində ürək-damar sağlamlığını qoruyur, qan təzyiqini tarazlayır və damarları gücləndirir.
Təbii şəkər və karbohidrat mənbəyi kimi sürətli enerji verir, yorğunluq hissini azaldır.
Tərkibindəki kalsium və bor isə sümük sağlamlığını dəstəkləyir, osteoporoz riskini azaldır.
Kişmişin ən diqqətçəkən təsirlərindən biri də anemiyaya qarşı mübarizəsidir. Dəmir baxımından zəngin olan bu məhsul qanın keyfiyyətini artırır və oksigen daşıma qabiliyyətini gücləndirir. Eyni zamanda, C vitamini və antioksidantlar sayəsində immun sistemini möhkəmləndirir, bədəni xəstəliklərdən qoruyur.
Sağlam və balanslı qidalanmanın bir hissəsi kimi kişmiş gündəlik rasiona asanlıqla daxil edilə bilər.
Tərcümə: Könül Oruc