
Qaş və bığ yoluma üsulu praktik görünə bilər, amma bilinməyən bir sıra zərərlərə də malikdir. Bu, xüsusilə həssas dərisi olan şəxslər üçün risk daşıyan bir tətbiqdir. Qaş və bığ yoluma zamanı dəri üzərində qıcıqlanma, qızartı və yanma hissi yaranabilir.

E-saglam.az xəbər verir ki, bu cür problemlər xüsusilə dərisi nazik olanlarda daha aydın hiss olunur. Prosedurun gigiyenik şəraitdə aparılmaması sızanaq və infeksiya riskini artıra bilər, çünki kiçik yaralar açılaraq bakteriyaların dərinin altına girməsinə imkan verir.
Bundan başqa, qaş və bığlara iplik çəkərkən tüklərin yanlış istiqamətə çəkilməsi batan tüklərin yaranmasına səbəb ola bilər. Batan tüklər yalnız estetik cəhətdən narahatlıq yaradır, həm də infeksiya riski gətirir. İplik epilyasiyası həm də allergik reaksiyalara səbəb ola bilər. Qaşınma, şişlik və qızartı kimi reaksiyalar, həssas dərisi olanlarda daha çox müşahidə edilir.
Daimi və sərt şəkildə qaş və bığ yoluma prosesi dərinin elastikliyini itirməsinə və zamanla sallanmasına səbəb ola bilər. Bu da dərinin daha tez qocalmasına gətirib çıxara bilər. Ayrıca, xüsusilə həssas bölgələrdə, bu prosedur ağrı və həssaslığa yol aça bilər. Qaş və üst dodaq kimi bölgələrdəki ağrı bəzən günlərlə davam edə bilər.
Əlavə olaraq, bəzi insanlarda iplə epilyasiya nəticəsində tüklər daha sərt və qalınlaşmağa başlayır. Bu, tükün köklərini stimullaşdıraraq daha güclü böyüməsinə səbəb olur. Bu da daha çox baxım tələb edir və estetik baxımdan xoş görünməyə bilər.
Qaş və bığ yolumaq praktik bir üsul olsa da, onun potensial zərərlərini nəzərə alaraq ehtiyatla yanaşmaq və prosedurun düzgün şəkildə aparılmasını təmin etmək vacibdir.
Tərcümə: Könül Oruc