
Hər bir münasibətin davamlı və sağlam qalması qarşılıqlı hörmət və anlayışa bağlıdır. Ancaq bəzən kişilərin fərqinə varmadan etdiyi bəzi davranışlar qadınların emosional olaraq uzaqlaşmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, psixoloqlar münasibətlərdə qadınları partnyorlarından soyudan 10 əsas davranışı belə sıralayır:
Laqeydlik – Qadının duyğularına və danışdıqlarına qarşı maraqsız davranmaq.
Sabit maraq yoxluğu – Münasibətin əvvəlindəki diqqətin zamanla azalması və səy göstərməmək.
Tənqid və alçaltma – Xüsusilə başqalarının yanında qınaq və ya ironiya ilə yanaşmaq.
Yalan danışmaq – Kiçik və ya böyük fərq etmədən davamlı yalan münasibətə ciddi zərər vurur.
Qısqanclıq və nəzarət – Həddindən artıq qısqanclıq qadının azadlıq hissini boğur.
Söz vermək və yerinə yetirməmək – Etibarsız görünmək qadının inamını sarsıdır.
Empati çatışmazlığı – Qadının hisslərini anlamamaq və ya önəmsəməmək.
Maddi və mənəvi dəstək göstərməmək – Həyat yoldaşına həm maddi, həm də emosional dayaq olmaq münasibətin təməlidir.
Özünə baxmamaq – Fərdi baxım və səliqəyə diqqətsizlik qadında istəksizlik yarada bilər.
Davamlı mənfi enerji yaymaq – Şikayət etmək, pessimist davranmaq münasibəti yorucu və tükəndirici hala gətirir.
Diqqətsiz yanaşmaq – Sevgili olduğu zamanda kişi qadına qarşı daha diqqətcil, sevgi, qayğı dolu münasibət göstərsə də, ailə qurduqdan sonra zaman keçdikcə kişinin bu davranışlarının dəyişməsi qadını itirməyin qısa yoludur.
Mütəxəssislər bildirir ki, bu davranışlar zamanla münasibətdə soyuqluğa və emosional uzaqlaşmaya səbəb ola bilər. Qarşılıqlı anlaşma və dürüstlük münasibətin möhkəm qalmasının əsas şərtləridir.
Könül Oruc