Qadın və kişilərə lazım olan 7 tərəvəz – Hamilə qalmağa kömək edir
Qadın və kişilərə lazım olan 7 tərəvəz – Hamilə qalmağa kömək edir

Hamiləliyi planlaşdırarkən, gələcək valideynlər adətən həkim yoxlanışından keçir, lazımi testlər aparır və həyat tərzini tənzimləyirlər. Həmçinin, müəyyən qidaların qəbulu ilə bağlı həkimlə məsləhətləşirlər.

Bu zaman yağ turşuları ilə zəngin qidalar, həmçinin daha çox meyvə və tərəvəz rasiona əlavə edilməlidir. Bütün bunlar sperma və yumurtalıqların keyfiyyətini yaxşılaşdıra bilər.

 E-saglam.az həmin qidaları təqdim edir.

1. İspanaq və kələm – qadın üçün dəmir, fol turşusu və C vitamini özündə cəmləyir. Dəmirlə zəngin qidaların qəbulu sonsuzluqla qarşılaşma ehtimalını azaldır. Kişilərdə spermatozoidlərin keyfiyyətini yaxşılaşdırır və aktivləşdirir.

2. Braziliya qozu - DNT yaratmaq, hüceyrə zədələnməsini azaltmaq və bədəni infeksiyalardan qorumaq üçün vacibdir. Selenium da bir antioksidantdır və sərbəst radikalların yumurtalara zərər verməsinin qarşısını alır.

3. Quş əti - toyuq əti qadınlara məsləhət görülür, qırmızı əti isə daha çox kişilərin yeməsi məsləhətlidir.

4. Avokado – tərkibində fol turşusu, A vitamini, kalium və maqnezium var. Hamilə qalmamanın əsas səbəbi bu vitaminlərin çatışmamazlığıdır.

5. Pomidor və qreypfrut kişilər üçün daha çox faydalıdır. Qadınlara qətiyyən olmaz, tərkibində likopen kimyəvi maddə endometriozu aşağı salır.

6. Balqabaq toxumu – vitaminlərlə zəngindir. Əsas da sink vitamini immuniteti qaldırır və kişilərdə yumurtaların bölünməsi və mayalanması prosesinə təsir edir.

7. Qızılbalıq balıq həm kişi, həm də qadın məhsuldarlığında əsas rol oynayan yağ turşuları, selen və D vitamini ilə zəngindir. /“Medicina”