
Şüşə qablarınız qabyuyan maşından mat və dumanlı çıxırsa, bu problemin səbəbi düşündüyünüzdən daha sadə ola bilər.

E-saglam.az xəbər verir ki, texniki xidmət mütəxəssisləri bildirir ki, bu vəziyyət çox vaxt qabyuyan duzunun düzgün istifadə edilməməsi ilə bağlıdır. Əgər qablarınız buxarlanmış və parıltısız çıxırsa, ilk baxmalı olduğunuz yer duz bölməsidir.
Dumanlı görünüşün arxasındakı səbəb
Texniki servis nümayəndələrinin sözlərinə görə, qabyuyan maşında istifadə olunan duzun sadəcə əlavə olunması kifayət deyil. Duzun yerləşdiyi bölmədə kristallar həll olunmadıqda, zamanla burada donma və bərkimə baş verir. Nəticədə, duz yuyulma prosesində aktiv rol oynaya bilmir və bu da şüşə qabların üzərində dumanlı təbəqənin yaranmasına səbəb olur.
Düzgün istifadə üçün sadə üsul
Mütəxəssislərin tövsiyəsi sadədir: duz əlavə etdikdən sonra həmin bölməni qaşıqla yaxşıca qarışdırmaq lazımdır. Bu addım duzun tam həll olunmasına, dibə çökməsinə və yuyulma zamanı effektiv şəkildə istifadəsinə imkan verir. Nəticədə qablar maşından parlaq və təmiz çıxır.
Ən çox edilən səhv
Bir çox istifadəçi yalnız duzu əlavə etməklə kifayətlənir. Ancaq bu, kifayət etmir. Qarışdırılmadan qoyulan duz zamanla çökərək maşının içində sərtləşə və sistemin işləmə qabiliyyətini azalda bilər. Bu da xüsusilə şüşə stəkanların tutqun görünməsinə səbəb olur. Halbuki problem maşından deyil, duzun düzgün istifadəsindən qaynaqlanır.
Qablarınızı parıldatmaq üçün sadə hiylə
Əgər qablarınız maşından buxarlanmış çıxırsa, ilk növbədə duz bölməsini yoxlayın. Duzu əlavə etdikdən sonra bir neçə dəqiqə qaşıqla qarışdırın. Texniki xidmət mütəxəssislərinə görə bu sadə, lakin təsirli addım sayəsində qablarınız vitrindən təzə çıxmış kimi parlaq olacaq.
Tərcümə: Könül Oruc