Psixologiya
Psixoloq qəfil pis xəbərə müqavimət göstərməyin yollarını
Psixologiya

Psixoloq qəfil pis xəbərə müqavimət göstərməyin yollarını açıqladı

Dünyada və ya ailədə gözlənilmədən irimiqyaslı faciəli hadisə baş verərsə və təcili olaraq cəsarətinizi toplamalısınızsa, nəfəs almağa diqqət etməlisiniz, deyə psixoloq Yelena Mitroxina məsləhət gördü.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qəfil pis xəbərə müqavimət göstərməyin yollarını adlandırdı .

Mitroxinanın sözlərinə görə, stress və gərginliyi azaltmaq üçün ilk növbədə bir qədər dərin nəfəs almaq lazımdır. O, həmçinin anlıq şüur ​​təcrübəsindən istifadə etməyi tövsiyə etdi: “Diqqətinizi indiki məqama, bədəninizə və ya ətrafınızdakı səslərə yönəltməyə çalışın. Bu, pis xəbərlərin düşüncələrini təmizləməyə və zehni sakitləşdirməyə kömək edəcək". 

Psixoloq bildirib ki, bir neçə dəqiqəlik fiziki fəaliyyət pis xəbərin öhdəsindən gəlməyə kömək edəcək: "Sürətli gəzinti və ya sadə uzanma məşqləri faydalı ola bilər. “Mən stressin öhdəsindən gələ bilirəm”, “emosiyalarımı idarə edirəm” - kimi sözləri təkrarlamaq lazımdır. 

Pis xəbərləri oxuduqdan sonra mənfi emosiyalar və hisslərlə yaşamayın, özünüzə qeyri-kamil olmağa icazə verin, emosiyaların gəlib-getdiyini xatırlayın. 

Əgər narahatlıq güclənirsə və ya yuxusuzluğa çevrilirsə, peşəkar psixoloqlara və ya psixoterapevtlərə müraciət edin. 

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun