Psixiatr: “Valideynləri imtahan verən uşaqlardan gözləntilərini onların potensialına uyğun tutmalıdırlar”
Psixiatr: “Valideynləri imtahan verən uşaqlardan gözləntilərini onların potensialına uyğun tutmalıdırlar”

“İmtahan verən şagirdlərin valideynləri gözləntilərini uşaqların potensialına uyğun tutmalıdırlar”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.

O bildirib ki, əks halda uşaqlarda problem yaranır: “Əlbəttə, bütün valideynlər istəyər ki, uşaqlarının nəticələri maksimum olsun, amma övladın bacarıqlarını da nəzərə almalıdırlar”.