Xəstəliklər
Pişiklərin qanında təhlükəli virus aşkarlandı
Xəstəliklər
192

Pişiklərin qanında təhlükəli virus aşkarlandı

Koronavirus pandemiyasının başlamasından çox əvvəl ABŞ-da ev pişiklərindən alınan qan nümunələrində SARS-CoV-2 reseptor bağlayan domenə (RBD) qarşı anticisimlər müəyyən olunub.

E-saglam.az xəbər verir ki, bu barədə Tennessi Universitetinin mütəxəssisləri elan edib.

Alimlərin fikrincə, bunu yalnız heyvanların başqa bir virusla təmasda olması ilə izah etmək olar, hansı ki, onun sünbül zülalı COVID-19 törədicinin oxşar zülalına o qədər bənzəyir ki, orqanizmin kross-reaktiv anti cisimlər istehsal etməsinə səbəb olub.

Alimlər onu da vurğulayıblar ki, insanlar üçün potensial təhlükəli virus hazırda ABŞ-da pişik populyasiyasında dövr edir./medicina.az/

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun