Tibbi xəbərlər
Tibbi xəbərlər
545

“Pişikdən qorxubsa, “bismillah” desin” deyən tibb işçisi cəzalandırılır - RƏSMİ + VİDEO

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona “bismillah” deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılır.

E-saglam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə vətəndaşın təcili tibbi yardıma müraciəti zamanı yaranan narazılığı ilə bağlı məsələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dərhal araşdırılıb:

“Abşeron Rayon Mərkəzi Xəstəxanasından TƏBİB-ə verilən məlumata görə təcili tibbi yardıma çağırışla əlaqədar vətəndaşla nəzakətsiz davranış nümayiş etdirən xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin tibb bacısı Raifə İbrahimova xəstəxana rəhbərliyi tərəfindən qəbul edilib və onun izahatı alınıb. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən tibb bacısı barəsində intizam tənbehi tətbiq ediləcək”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun