Pis xassəli şişin xoş xassəli şişdən fərqləri var.
E-saglam.az-ın məlumatına görə, onkoloq Pərvanə Rüstəmova deyir ki, pis xassəli şişlər sürətlə böyüyür:
"Mövcud olduqları toxuma və orqandan kənara çıxaraq, digər orqan və toxumalara da yayılıb, zərər verə bilir. Xərçəng bəlli olmadığı bir anda qan-limfa damarları orqanizmin başqa nöqtələrinə sıçraya bilir. Bu vəziyyətə "yerdəyişmə" mənasında işlədilən metastaz adı verilir. Metastaz halında adətən ağciyər, qaraciyər və beyin kimi orqanlar hədəf olur".
P.Rüstəmova bildirir ki, xoş xassəli şişlər isə daha yavaş böyüyür:
"Yayılmır, sadəcə olduqları yerdə böyüyür və damarlar vasitəsilə bədənin başqa nöqtələrinə sıçramır. Metastaza səbəb olmurlar. Ümumiyyətlə, həyatı təhlükəyə yol açmırlar. Əməliyyatla alındıqda nadir hallarda yenidən böyüyürlər. Hər xərçəng hadisəsi ölümlə nəticələnməyə bilər. Erkən diaqnoz, müalicə şansını artırır.
Könül Oruc