Yandex watch
Pis əhval-ruhiyyənin

Özünüzü pis hiss etməyinizin səbəbi immunitet sisteminiz ola bilərmi? Alimlər immun sisteminin əhval-ruhiyyə dəyişikliklərində düşündüyümüzdən daha böyük rol oynadığını aşkar ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Harvard Tibb Məktəbi və Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri immunitet sistemi ilə beyin arasındakı birbaşa əlaqə haqqında mühüm tapıntılar əldə ediblər. İki ayrı araşdırmanın nəticələrinə görə, iltihab zamanı sərbəst buraxılan "sitokinlər" adlı immun molekulları əhval-ruhiyyə, narahatlıq və sosial davranış üzərində təsir göstərə bilir.

Yeni tapıntılar sitokinlərin beyində hansı reseptorlara bağlandığını göstərir və bu təsirin davranış nəticələrinə necə yansıdığını aydın şəkildə ortaya qoyur.

Harvard Tibb Məktəbinin immunoloqu Jun Huh bildirib: "Sitokin reseptorlarının beyində harada və necə işlədiyini müəyyən etməklə, biz sinir və immun sistemləri arasındakı mürəkkəb qarşılıqlı əlaqəni daha yaxşı anlamağa b aşlayırıq. Bu məlumat autizm və narahatlıq pozğunluqları kimi xəstəliklərin yeni müalicə üsullarının inkişafına zəmin yarada bilər".

Tədqiqatçılar əlavə ediblər ki, bu tapıntılar beyin kimyasını birbaşa dəyişdirmək yerinə, immun sistemi vasitəsilə dolayısı yolla əhval-ruhiyyəni tənzimləyən yeni dərmanların hazırlanmasına imkan yarada bilər. Ənənəvi müalicə üsullarından fərqli olaraq, bu yanaşmanın qan-beyin baryerini keçmədən effektiv təsir göstərə biləcəyi də qeyd olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az