Tibbi xəbərlər
Peyvənd vurduran hamilə qadınların bətnindəki körpələrin vəziyyəti açıqlandı
Tibbi xəbərlər
230

Peyvənd vurduran hamilə qadınların bətnindəki körpələrin vəziyyəti açıqlandı

Nyu-York Universitetindən alimlər COVID-19 əleyhinə peyvənd edilən hamilə qadınların hələ ana bətnində ikən körpələrinə virusla mübarizə aparan anticisimləri ötürdüklərini təsbit ediblər.

“Pfizer” və ya “Moderna” peyvəndləri vurduran analardan dünyaya gələn 36 körpədən qan nümunələri götürülüb. Onların hamısında koronavirusa qarşı anticisim olduğu təsbit edilib.

Araşdırma zamanı hamiləliyin ikinci yarısında qadınların göbəkbağındakı qanda anticisimlərin ən yüksək səviyyəsi müşahidə edilib.

Mütəxəssislər oxşar halların digər inyeksiyalarla da tez-tez baş verdiyindən araşdırmanın nəticələrinə təəccüblənmədiklərini bildiriblər.

Alimlər bu halın vaksinlərin iki həyatı eyni zamanda qorumaq qabiliyyətinə malik olduğunu, həm ana, həm də uşaqda ciddi xəstəliklərin qarşısını aldığını sübut etdiyini vurğulayıblar. //oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun