Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 300 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-sağlam.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 826 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 117 təşkil edir.