
Pendir, incə quruluşuna görə düzgün saxlanmadıqda tez kiflənə və xarab ola bilən qidalardandır. Ancaq sadə və təbii üsullarla onun təravətini uzun müddət qorumaq mümkündür.

E-saglam.az xəbər verir ki, aşağıdakı üsullar pendirin tez xarab olmasının qarşısını alır və onu həftələrlə təzə saxlayır.
Sirkəli dəsmal üsulu
Təmiz kağız dəsmalı bir qədər ağ sirkəyə batırıb, artıq sirkəni sıxdıqdan sonra pendirin ətrafına sarıyın. Sirkənin antimikrobiyal təsiri kifin əmələ gəlməsinin qarşısını alır və pendirin təravətini qoruyur.
Şəkər kubu əlavə edin
Pendirinizi saxladığınız qabın içinə bir ədəd şəkər kubu qoyun. Şəkər ətrafdakı nəmi udaraq rütubət balansını tənzimləyir və kifin yaranmasını ləngidir.
Qurudulmuş limon dilimləri
Saxlama qabına bir neçə qurudulmuş limon dilimi əlavə etmək kif sporlarının yayılmasının qarşısını alır. Limonun turşu tərkibi bu prosesi yavaşlatmağa kömək edir. Bu üsul sərt pendirlər üçün daha uyğundur.
Duzlu su ilə təmizlik
Pendiri saxladığınız konteyneri duzlu su ilə silmək bakteriyaların qarşısını alır və pendirin təzə qalma müddətini uzadır.
Mum kağıza bükmək
Pendir birbaşa plastikə büküldükdə nəfəs ala bilmir və bu, tez kiflənməsinə səbəb olur. Onu əvvəlcə mum kağıza, daha sonra plastik sarğıya bükmək nəm balansını qoruyur və kifin qarşısını alır.
Hava keçirməyən qabdan istifadə
Pendiri hava keçirməyən qabda saxlamaq qurumasının və soyuducudakı qoxuların pendirə hopmasının qarşısını alır. Beləcə, həm təravət, həm də dad qorunur.
Düzgün temperaturda saxlamaq
Pendir üçün ideal soyuducu temperaturu 2-4°C-dir. Bu temperaturda pendir daha uzun müddət təzə qalır və kiflənmə ehtimalı azalır.
Təmiz bıçaqla kəsin
Pendiri kəsərkən təmiz bıçaqdan istifadə etmək kif sporlarının yayılmasının qarşısını alır. Pendiri tez-tez kəsmək onun hava ilə təmasını artırdığı üçün, onu mümkün qədər bütöv saxlamaq məsləhətdir.
Tərcümə: Könül Oruc