Psixologiya
Parlaq işıq terapiyası depressiyadan əziyyət çəkən
Psixologiya

Parlaq işıq terapiyası depressiyadan əziyyət çəkən xəstələrə ümid verə bilər - ARAŞDIRMA

Yeni bir təhlil göstərir ki, parlaq işıq terapiyası depressiyadan əziyyət çəkənlər üçün perspektivli erkən müalicədir. Parlaq işıq terapiyası mövsümi affektiv pozğunluqlar, eləcə də qeyri-mövsümi depressiya formaları üçün təsirli ola bilər.

E-saglam.az “euronews.com” saytına istinadla xəbər verir ki, depressiya xəstələrinin təxminən 40 faizi bu müalicəyə cavab verib, nəzarət qrupunda isə bu nisbət 23 faiz olub.

Parlaq işıq terapiyası uzun müddət qış aylarında baş verən mövsümi affektiv pozğunluq üçün tövsiyə edilib, lakin bu yeni nəticələr onun digər depressiya növləri olan insanlar üçün də işləyə biləcəyini göstərib. Braziliyalı tədqiqatçılar 2005-2024-cü illər arasında aparılan 11 araşdırmanı tədqiq ediblər və bu müalicənin daha geniş iqtisadi şəraitdə birinci dərəcəli müalicə kimi istifadə oluna biləcəyini təklif ediblər. Təhlil göstərib ki, parlaq işıq terapiyası depressiya əlamətlərini azaldır və müalicə müddətindən asılı olmayaraq, müsbət nəticələr verir. Bununla belə tədqiqatçılar qeyd ediblər ki, parlaq işığın əhval-ruhiyyəyə təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var. (Azərtac)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun