Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
E-saglam.az xəbər verir ki, lakin psixiatr Ruslan İsayev bu qorxunun əsassız olduğunu açıqlayıb.
Mütəxəssisə görə, panik atak özü ölümə və ya ağlın itirilməsinə səbəb olmur. Hücum zamanı insan infarkt, insult və ya dəli olmaq qorxusu yaşaya bilər, ətraf aləmin dəyişdiyi və ya qeyri-real göründüyü hissi yarana bilər. Lakin bunların hamısı panik simptomlarının bir hissəsidir - real təhlükənin deyil.
İsayev izah edir ki, bu hissin səbəbi beynin maksimum həyəcan vəziyyətinə keçməsidir. Təhlükəyə cavab sistemi pik həddə işləyərkən subyektiv hisslər real bir fəlakətin sübutu kimi qəbul edilir. Buna görə də insan fəlakətin baş verdiyini hiss edir, halbuki əslində bu, beynin şiddətli, lakin zərərsiz bir reaksiyasıdır.
Tərcümə: Könül Oruc