Kəklikotu təbii antibiotikdir. Sağlamlığa saysız-hesabsız faydaları olan kəklikotu yeməklərə dad vermək üçün də istifadə edilir.
E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu bitkinin qida dəyəri kifayət qədər yüksəkdir.
Tərkibində çoxlu faydalı vitaminlər və minerallar var. Kəklikotunun yağı, su və çayı da şəfa mənbəyidir.
Kəklikotu çayı immunitet sistemini gücləndirir, yüksək təzyiqi azaldır və ürək sağlamlığını dəstəkləyir. Kəklikotu həm də xərçəng xəstəliyinə qarşı qoruyucu xüsusiyyətlər təmin edir.
Tərkibindəki A və C vitaminləri sayəsində immunitet sistemini də gücləndirir.
Kalium, maqnezium, kalsium və dəmirlə zəngin olan kəklikotunu qaynadıb içməyin də böyük faydası var.
Kəklikotu virus əleyhinə xüsusiyyətlərə malik olduğu üçün baş ağrısı, öskürək və qızdırma əleyhinə yaxşı təsir göstərir.
Gəlin faydalarına belə nəzər salaq:
- Qan təzyiqini aşağı salaraq yüksək təzyiqin qarşısını alır.
- Göbələk infeksiyalarının aradan qaldırılmasında təsirlidir.
- Qidaların xarab olmadan uzun müddət saxlanmasını təmin edir.
- Yuxarı tənəffüs yolları xəstəliklərinə faydalıdır.
- Xroniki iltihab kimi ürək-damar xəstəliklərinin qarşısını alır.
- Bəlğəmgətirici təsirə malikdir.
- Saç tökülməsinin qarşısını alır.
- Kolon xərçənginə qarşı qorunma təmin edir.
- Ağız və ağciyər xərçənginin inkişaf riskini azaldır.
- Bəlğəmi yumşaldır.
- Sinə ağrısını aradan qaldırmağa kömək edir.
- Antipiretik xüsusiyyətlərə malikdir.
- Dəri problemlərini yaxşılaşdırmağa kömək edir.
- Bronxitdə faydalıdır.
- Döş xərçənginə səbəb olan hüceyrələri məhv etməyə kömək edir.
- Menstrual ağrıları azaldır.
- Ağcaqanad dişləmələrinə qarşı təsir göstərərək qaşınmanı azaldır.
- Göz sağlamlığı üçün çox faydalıdır.
- Ürəyə qan axını sürətləndirir.
- Sümük sağlamlığının qorunmasında təsirlidir.
- Yuxusuzluq problemini aradan qaldırır.
- Beyin hüceyrələrinin sağlamlığını qoruyur.
- Tərkibindəki zəngin dəmir sayəsində qan azlığını aradan qaldırır.
- Şişkinliyi və qəbizliyi aradan qaldırır.
- Stresslə mübarizə aparır və sakitləşdirici təsir göstərir.
- Yaddaşa müsbət təsirləri sayəsində Alzheimer xəstəliyinə qarşı təsirlidir.