Faydalı
Övliya Çələbinin kitabındakı şəfalı MEYVƏ!
Faydalı
403

Övliya Çələbinin kitabındakı şəfalı MEYVƏ! Stressi azaldır, qan şəkərini tarazlaşdırır, ürək sağlamlığını dəstəkləyir

Övliya Çələbinin Səyahətnamə kitabında adı çəkilən heyva sağlamlığa faydaları ilə diqqət çəkir.

E-saglam.az xəbər verir ki, heyva, stressi və narahatlığı azaltmağa, qan şəkərini tarazlaşdırmağa və ürək sağlamlığını dəstəkləməyə kömək edir. Tərkibindəki yüksək lif həzmi tənzimləyir və qəbizliyin qarşısını alır. C vitamini və antioksidantlarla zəngin olduğu üçün immuniteti gücləndirir və bədəni sərbəst radikallardan qoruyur.

Heyva dərinin elastikliyini artırır, qocalma əlamətlərini gecikdirir və kalium tərkibi ilə qan təzyiqini tənzimləyir. Aşağı glisemik indeksə malik olduğu üçün diabet xəstələri üçün də uyğundur. Az kalorili və lifli olması toxluq hissi yaradaraq arıqlamağa kömək edir.

Heyva çayı boğaz ağrısını yüngülləşdirir, stressi azaldır və sakitləşdirici təsir göstərir. Minerallarla zəngin olan bu meyvə sümük sağlamlığını da dəstəkləyir. Gündəlik pəhrizinizə heyva əlavə etməklə sağlamlığınızı təbii şəkildə yaxşılaşdıra bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun