Xəstəliklər
Ötən il Azərbaycanda daha çox yayılan xəstəliklər açıqlanıb
Xəstəliklər
193

Ötən il Azərbaycanda daha çox yayılan xəstəliklər açıqlanıb

Ötən il Azərbaycanda daha çox yayılan xəstəliklərin adları açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ildə qeydə alınan xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, bəzi infeksion və parazitar xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Məlumata görə, ötən il yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bildirilib ki, bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvarnoyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina ilə (73,6 faiz), su çiçəyi ilə (64,5 faiz), kəskin bağırsaq infeksiyaları ilə (13,9 faiz), viruslu hepatit ilə ( 9,8 faiz) xəstələnmə halları azalıb.

Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun