
Quru hava dərini qurudur, tənəffüsü çətinləşdirir və ümumi sağlamlığı təsir edir. Buna görə ev üçün düzgün nəmləndirici seçmək vacibdir.

E-saglam.az xəbər verir ki, aşağıdakı tövsiyələr işinizi asanlaşdıracaq:
Əvvəlcə otağın ölçüsünü nəzərə alın. Kiçik otaqlar üçün portativ modellər kifayətdir, geniş sahələrdə isə daha güclü cihazlara ehtiyac var.
Səssiz işləyən modellər xüsusilə yataq və iş otaqları üçün idealdır.
Su bakının həcmi də önəmlidir. Böyük su bakı olan cihazlar daha uzun müddət fasiləsiz işləyir.
Əgər uşaqlar və ya allergiyadan əziyyət çəkənlər varsa, ultrabənövşəyi sterilizasiya funksiyalı və ya HEPA filtrlərlə təchiz olunmuş modellərə üstünlük verin.
Avtomatik rütubət tənzimləyici funksiyası olan cihazlar enerjiyə qənaət etməyə kömək edir və rütubətin normada qalmasını təmin edir.
Son olaraq, təmizlənməsi asan modelləri seçmək gələcəkdə sizi əlavə əziyyətdən qoruyacaq.
Sağlam nəfəs, sakit gecələr üçün nəmləndiricini ağılla seçin.
Tərcümə: Könül Oruc