Oruc yalnız dini ibadət olmaqla yanaşı, həm də sağlamlığa mühüm təsir göstərir.
E-saglam.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, planlı qida məhdudiyyəti, yəni müəyyən saatlarda yeməkdən imtina, bədən üçün bir sıra faydalar təmin edir.
Metabolizmanın yaxşılaşması
Oruc tutmaq qan şəkərinin və insulin səviyyəsini tənzimləyir, piylənmə riskini azaldır.
Ürək-damar sağlamlığı
Araşdırmalar göstərir ki, oruc qan təzyiqi, xolesterol və triqliserid səviyyəsini aşağı sala bilər.
Beyin funksiyasının dəstəyi
Oruc neyroprotektiv təsir göstərir, öyrənmə və yaddaşı yaxşılaşdıra bilər.
Hüceyrə təmizlənməsi
Qida məhdudiyyəti autofaqiya prosesini aktivləşdirir, yəni hüceyrələr özünü təmizləyir və zədələnmiş komponentləri bədəndən atır.
İmmunitetin möhkəmlənməsi
Mütəmadi oruc immun sistemi gücləndirərək infeksiyalara qarşı müdafiəni artırır.
Harvard Universiteti və Almaniya Essen-Duisburq Universitetində aparılan araşdırmalar vaxtlı oruc üsulunun diabet, ürək xəstəlikləri və piylənmə riskini azaltdığını göstərir.
Ramazan orucu üzərində aparılan tədqiqatlar isə qan lipidləri və iltihab göstəricilərinin yaxşılaşdığını, bədən çəkisinin balanslandığını ortaya qoyub.
Qeyd etmək lazımdır ki, sağlamlıq faydaları düzgün qidalanma və kifayət qədər maye qəbul etdikdə maksimuma çatır. Hamilə, xəstə və ya xüsusi tibbi vəziyyəti olan şəxslər həkim məsləhəti ilə oruc tutmalıdır.
Könül Oruc