Yandex watch
Ömrü uzadan, əhval-ruhiyyəni yaxşılaşdıran

Kakao – yumşaq canlandırıcı təsirə malikdir. Theobroma kakao ağacının toxumlarından əldə edilən bu məhsul zəngin dadı, ətri və bioloji aktiv maddələri ilə tanınır. İçki, şokolad və kosmetologiyada istifadə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kakaonun tarixi minilliklərə gedib çıxır. Maya və Azteklər dini mərasimlərdə istifadə edirdi. 16-cı əsrdə ispanlar Avropaya gətirdikdən sonra populyarlaşdı.

Tərkibində maqnezium, dəmir, kalium, sink və mis var. Flavonoidlər qan dövranını yaxşılaşdırır, antioksidantlar hüceyrələri qoruyur, teobromin və kofein isə diqqəti artırır. Kakao serotonin istehsalını təşviq edərək əhval-ruhiyyəni yüksəldir.

Kosmetologiyada dəriyə faydalıdır, qocalmanı ləngidir. Təbii amin turşuları və faydalı yağlarla zəngindir. Oleik turşusu xolesterola mənfi təsir etmir, pəhriz lifləri həzmi yaxşılaşdırır.

Zərərləri – yüksək kalorili olması, allergiya riski, kofein tərkibi və oksalatların böyrək daşlarına səbəb ola bilməsidir.

Tövsiyə: Yüksək keyfiyyətli kakao ən az 22-24% yağ ehtiva etməlidir. Gündə 1-2 stəkandan çox içilməməlidir. Uşaqlara həftədə 2-3 dəfə, üç yaşından kiçiklərə isə tövsiyə edilmir.

Tərcümə: Könül Oruc

E-saglam.az