Qidalanma
Ömrü 14 il uzadan
Qidalanma
7

Ömrü 14 il uzadan 5 vərdiş

Harvard Universitetinin rəhbərliyi ilə aparılan və 34 il davam edən geniş araşdırma göstərib ki, bəzi sadə həyat tərzi vərdişləri insan ömrünü orta hesabla 12-14 il uzada bilər.

E-saglam.az xəbər verir ki, Harvard TH Chan İctimai Səhiyyə Məktəbinin alimləri 123 mindən çox insanın sağlamlıq göstəricilərini uzun illər izləyərək nəticələri təhlil ediblər. Araşdırma “Lancet” və “Nature Medicine” kimi nüfuzlu tibbi jurnallarda dərc olunan məlumatlarla da təsdiqlənib.

Tədqiqat nəticələrinə görə, bu 5 əsas qaydaya əməl edən insanlarda erkən ölüm riski 74 faiz azalır:

– siqaret çəkməmək,

– balanslı qidalanmaq,

– mütəmadi fiziki aktiv olmaq,

– normal çəkini qorumaq,

– spirtli içki qəbulunu məhdudlaşdırmaq.

Alimlər bildirirlər ki, bu vərdişlərə davamlı əməl edən qadınların ömrü orta hesabla 14 il, kişilərin isə 12 il daha uzun olub.

Araşdırma zamanı məlum olub ki, sağlam həyat tərzi xüsusilə ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskini ciddi şəkildə azaldır. Belə ki, ürək xəstəliklərindən ölüm riski 82 faiz, xərçəng riski isə 65 faiz daha aşağı olub.

Mütəxəssislər qeyd edirlər ki, bu əlavə illər sadəcə uzun ömür deyil, həm də daha sağlam həyat deməkdir. Araşdırmaya görə, 50 yaşdan sonra bu qaydalara əməl edən insanlarda diabet, ürək çatışmazlığı və digər xroniki xəstəliklər daha az müşahidə olunub.

Tədqiqatın son nəticələrinə əsasən, alimlər siyahıya daha bir vacib faktor da əlavə ediblər — keyfiyyətli yuxu. Mütəxəssislər bildirirlər ki, gündə 7 saatdan az yatmaq ömür uzunluğunu azalda bilər.

Araşdırmaya görə, yetkin insanlar üçün gündə 7-9 saat fasiləsiz yuxu sağlam və uzun ömür üçün ən vacib amillərdən biri hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun