"Təbii ki, hava-damcı infeksiyası olduğundan “Omikron” ştammının Azərbaycana gəlmə ehtimalı da var. Bütün ştamlara qarşı əvvəlki qaydalara uyğun koronavirusa qarşı tədbirləri davam etdirməliyik".
E-saglam.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan İSİM-in həkim mütəxəssisi Könül İsmayılova bildirib.
O əlavə edib ki, müvafiq qurumların verdiyi qərarlar əsasında və epidemioloji vəziyyətdən asılı olaraq addımlar atıla bilər: "Artıq bir sıra dövlətlərin hava məkanlarında testlər daha diqqətlə yoxlanılır, karantin müddəti 14 günə qədər tətbiq olunur".