Tibbi xəbərlər
Ölkəyə qeyri-qanuni yolla dərman keçirilməsinin qarşısı alınıb - FOTO
Tibbi xəbərlər
220

Ölkəyə qeyri-qanuni yolla dərman keçirilməsinin qarşısı alınıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, baş idarənin “Qırmızı Körpü” gömrük postunda “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin altındakı hava balonunun içərisində, gömrük nəzarətindən gizlədilən 3 000 kapsul, 1 250 həb müxtəlif adda dərman preparatları və 100 ədəd krem aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun