Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61 657 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 431 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 925 249 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 605 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 319 291 təşkil edir.