Tibbi xəbərlər
Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə YENİ TƏYİNAT
Tibbi xəbərlər
411

Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə YENİ TƏYİNAT

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

E-saglam.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun