Psixologiya
Niyə tez yoruluruq?
Psixologiya

Niyə tez yoruluruq?

Son zamanlar çox insan yorğunluqdan şikayətlənir.

E-saglam.az xəbər verir ki, həkim ekspert Pərvanə Mustafayeva deyib ki, yorğunluq sindromunun əsas səbəbi insanın sinir sisteminin vəziyyətinə neqativ təsir göstərən uzunmüddətli emosional və psixiki gərginliklərdir:

“Psixoloji gərginliyin olması - güclü stressin, depressiyaların yaranması, daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. Xronik infeksion və virus xəstəlikləri, uzunsürən xəstəliklər, tez-tez baş verən residivlər də immun sisteminin işində pozğunluqlara səbəb olur ki, bu, sonda sinir sistemində gərginliyə, həyat gücünün zəifləməsinə gətirib çıxarır. Bununla yanaşı, qeyri-düzgün həyat tərzi - qeyri-rasional günlük rejim, yarımçıq yatma, hərəkətsizlik, təmiz hava, günəş şüalarının azlığı xronik yorgunluğa gətirib çıxarır. Xroniki yorğunluq qaraciyərə, ürəyə, həzm sisteminə, bir sözlə, bütün orqanizmə mənfi təsir edir və tez qocalmaya gətirib çıxarır”. (Hit.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun