Yandex watch
Niyə öz səsimizi eşitmək bizi narahat edir? -

Öz səsimizi eşitmək bizə yad və narahatedici gələ bilər. Bunun həm bioloji, həm də psixoloji səbəbləri var.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, danışarkən səsimizi həm hava, həm də kəllə sümüklərimiz vasitəsilə eşidirik, bu da səsin bizə daha dərin və dolğun gəlməsinə səbəb olur. Lakin səs yazısını dinlədikdə səsimiz yalnız hava vasitəsilə ötürülür və daha incə səslənir. Bu fərq gözləntilərimizlə üst-üstə düşmədiyindən bizə qəribə gəlir.

Psixoloqlar bildirir ki, səsimiz şəxsiyyətimizin vacib hissəsidir və qeydə alınmış səsimiz fərqli səsləndikdə diskomfort hiss edə bilərik.

Araşdırmalar göstərir ki, səs yazılarında gizlətməyə çalışdığımız duyğular – narahatlıq və ya kədər – daha aydın görünür. Bu da öz səsimizi bəyənməməyimizin səbəblərindən biridir.

Neyroloqların fikrincə, səsimizi qiymətləndirərkən sosial kimliyimizlə uyğun olub-olmadığını şüursuz şəkildə dəyərləndiririk. Beləliklə, yazılan səsimizi dinləmək həm fiziki ötürülmə fərqlərinə, həm də psixoloji faktorlarla bağlı narahatlıq yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az